"Bank Respublika" I rübdə əsas maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq artım əldə edib.
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.
Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.
Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.
2026-cı ilin I rübü üzrə əsas maliyyə göstəriciləri:
·Aktivlər18 % artaraq2,64 milyard manattəşkil edib;
·Məcmu kapital13,5 % artaraq264,05 milyon manatolub;
·Kredit portfeli9 % artaraq1,64 milyard manattəşkil edib;
·Xalis faiz gəlirləri15,2 % artaraq47,2 milyon manatolub;
·Xalis əməliyyat mənfəəti22,7 % artaraq22,4 milyon manatolub;
·Xalis mənfəət17,7 % artaraq17,03 milyon manattəşkil edib.
·Depozit portfeli 1,2milyard manatolmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
·I dərəcəli kapitalın adekvatlıq əmsalı- 10,15 % (norma 6,5 %)
·Məcmu kapitalın adekvatlıq əmsalı- 13,23 % (norma 12,5 %)
·Leverec əmsalı- 7,57 % (norma 5 %)
·Qeyri-işləkkreditlərinbankınümumikreditportfelindəkipayı -0,77 %təşkiledib,buisəbanksektorundaənaşağıgöstəricilərdənbiridir.
Rüb ərzində "Bank Respublika" müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Daha ətraflı məlumat üçün:
Veb sayt:www.bankrespublika.az
Sosial şəbəkələr:Facebook|Instagram|LinkedIn|Telegram
Çağrı Mərkəzi:144


