Dünya

"Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsinə əhəmiyyətli dəstək verib"

Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsinə əhəmiyyətli dəstək verib

Rusiyanın vətəndaşlarının İrandan təxliyəsində Ermənistan və Azərbaycan əhəmiyyətli yardım göstərib.

Demokrat.azxəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Diplomat qeyd edib ki, Bakı Rusiya vətəndaşlarına 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astara” sərhəd-keçid məntəqəsindən istifadə imkanı yaradıb.

Bu imkan Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında təmin olunub.

Demokrat.az

D
demokrat.az