Dünya

Aİ Hörmüzdə təhlükəsizlik üzrə beynəlxalq koalisiyanın yaradılmasına çağırır

Aİ Hörmüzdə təhlükəsizlik üzrə beynəlxalq koalisiyanın yaradılmasına çağırır

Hörmüz boğazındakı vəziyyət beynəlxalq koalisiyanın yaradılması zərurətini göstərir.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında bildirib.

Kallas belə bir koalisiyanın məhz hansı vəzifələri yerinə yetirə biləcəyini açıqlamayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı beynəlxalq hüquqa uyğun olaraq boğazlardan azad və təhlükəsiz keçidi məhdudlaşdıra biləcək istənilən razılaşmaları rədd edir.

Demokrat.az

NE
Nihadə Eyyubova