“Avroviziya-2026” mahnı müsabiqəsi çərçivəsində müxtəlif ölkələrinin təmsilçilərinin bir-biri ilə görüşü, həmçinin konsertləri baş tutub.
Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan təmsilçiləri arasındakı ünsiyyət diqqət çəkib.
Ermənistan təmsilçisi Saymon konsertə fərqli kostyumda gəlib. Kostyumun üzərində digər ölkələrin təmsilçilərinin ürək sözlərinin yazıldığı sarı kağızlar yapışdırılıb.
Azərbaycan təmsilçisi Cəmilə Həşimova da digər iştirakçılarla birlikdə ürək sözlərini yazıb və Saymonun kostyumuna yapışdırıb.
Daha sonra müxtəlif ölkələrin təmsilçiləri ilə birgə xatirə fotosu çəkdiriblər.
Görüntüləri təqdim edirik:


