Cəmiyyət

Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyalarının ödəniş vaxtı bəlli olub. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, həmin ərazilərdə yaşayan şəxslər aprelin 14-də ödənişlərini ala biləcəklər.

Bu ayın pensiya ödənişləri qrafikə uyğun şəkildə həyata keçirilir. Güzəştli şərtlərlə pensiya hüququna malik olan vətəndaşların ödənişləri də bu ay ərzində müəyyən olunmuş qrafik üzrə təmin ediləcək.

Vətəndaşlar vəsaitlərini bankomatlardan müvafiq tarixdən etibarən əldə edə bilərlər.

Hazırda fond tərəfindən ödəniş prosesinin vaxtında tamamlanması üçün hazırlıq işləri yekunlaşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova