Bakıda səhər saatlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Demokrat.az-a bildirdiyinə görə Azadlıq prospektində, Miqrasiya xidməti idarəsinin qarşısındakı yolda sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza iştirakçılarından biri 203 nömrəli marşrut avtobusdur.
Hadisə nəticəsində xəsaərət alanların olduğu bildirilir.
Qəza yerinə təcili yardım maşını göndərilib, yaralılara yardım göstərilib.
İsmayıl Demokrat.az


