Dünya

Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı

Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Demokrat.az-ın məlumatına görə, Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, Moskvada və ya Kiyevdə deyil. O mənimlə görüşməyə hazırdırsa, bunun üçün kifayət qədər yer var. Biz Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda, harada olursa-olsun görüşə bilərik", - o vurğulayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova