Şou-biznes

Yusuf Güney yenə saxlanıldı

Yusuf Güney yenə saxlanıldı

Türkiyəli müğənni Yusuf Güney İstanbulda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi sənətçinin rəqəmsal platformaların birində səsləndirdiyi fikirləri araşdırmaq qərarına alıb. İfaçı qatıldığı verilişdə "Ayahuska çayı" haqqında danışaraq insanları bu vasitədən istifadəyə yönləndirən ifadələr işlədib.

Aparılan laborator araşdırmalar nəticəsində sözügedən çayın tərkibindəki maddənin narkotik xüsusiyyətli olduğu təsbit edilib. Məhz qadağan olunmuş maddələrin istifadəsini təşviq etdiyi üçün Yusuf Güney nəzarətə alınıb.

Qeyd edək ki, müğənni ötən ilin sonunda da bənzər bir narkotik araşdırması çərçivəsində ifadə vermək üçün polisə çağırılmışdı. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova