Maliyyə

"Rabitəbank" açıq tender elan edir

Rabitəbank açıq tender elan edir

"Rabitəbank" ASC açıq tender elan edir.

Tenderin adı: “ATM ehtiyat hissələrinin alınması”

Tenderin elan tarixi: 08.04.2026 Tenderin son tarixi: 20.04.2026, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

• İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) • İşin icra müddəti qeyd edilməsi mütləqdir • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd • Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin) • Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.

D
demokrat.az