Sağlamlıq

“Qala Sığorta”dan könüllü tibbi sığorta

“Qala Sığorta”dan könüllü tibbi sığorta

“Qala Sığorta” ASC sağlam və təhlükəsiz gələcək üçün könüllü tibbi sığortanın əhəmiyyətini önə çəkir.

Demokrat.az xəbər verir ki, müəssisələr əməkdaşlarının sağlamlığını qorumaqla yanaşı, onların rifahına yatırım edərək korporativ imiclərini də gücləndirə bilərlər.

Könüllü tibbi sığorta işçilərə daha keyfiyyətli tibbi xidmətlərə çıxış imkanı yaradır və gözlənilməz sağlamlıq xərclərinin qarşısını almaqda mühüm rol oynayır.

“Qala Sığorta” bu istiqamətdə ən yaxşı klinikalarla əməkdaşlıq edərək müştərilərinə geniş xidmət paketi təqdim edir və 24/7 dəstək xidməti ilə fasiləsiz xidmət göstərir.

Şirkətin təqdim etdiyi könüllü tibbi sığorta paketinə təcili tibbi yardım, stasionar və ambulator müalicə, stomatoloji xidmətlər, dərman təminatı, vaksinasiya və profilaktik tam tibbi müayinələr daxildir. Bu xidmətlər əməkdaşların sağlamlığının qorunmasına və iş qabiliyyətinin artırılmasına xidmət edir.

Müştərilər daha ətraflı məlumat əldə etmək istəyənlər *4000 nömrəsi ilə əlaqə saxlaya və ya Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisə müraciət edə bilərlər.

Demokrat.az

D
demokrat.az