Cəmiyyət

Keşlədə evi sökülənlərin aqibəti necə olacaq? — VİDEO

Keşlədə evi sökülənlərin aqibəti necə olacaq? — VİDEO

Son günlər yağan aramsız yağışlar səbəbindən Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında yerləşən evlərdə ciddi subasma baş verib. Onlarla mənzil yaşayış üçün yararsız hala düşüb. Problemin əsas səbəbi isə kollektorun üzərində yaşayış evlərinin tikilməsidir. Demokrat.az xəbər verir ki, sakinlərin əsas narahatlığı problemin vaxtında qarşısının alınmamasıdır. Onların iddiasına görə, ilk sızmalar müşahidə edilən zaman müdaxilə olunsaydı, suyun səviyyəsi bu həddə çatmazdı. Hazırda ən çox müzakirə olunan məsələ sənədsiz evlərin aqibətidir. Evlər söküləcəyi təqdirdə kompensasiya məsələsi gündəmə gələcək. Lakin çıxarışın olmaması sakinlərdə ciddi narahatlıq yaradır. Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, bununla bağlı hələlik qərar verilməyib. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdirilib. İşlər yekunlaşdıqdan sonra komissiya tərəfindən dəymiş ziyanın həcmi müəyyən ediləcək. Sakinlər ümid edir ki, həm texniki problem köklü şəkildə həll olunacaq, həm də itirdikləri əmlakın bərpası üçün lazımi addımlar atılacaq. Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova