Hadisə

Azərbaycanda qadın yemək yeyərkən öldü

Azərbaycanda qadın yemək yeyərkən öldü

Qaradağ rayonunun Ələt qəsəbəsində 64 yaşlı qadın gözlənilmədən dünyasını dəyişib. Aprelin 4-ü axşam saatlarında qeydə alınan hadisəyə səbəb qidanın nəfəs yolunda qalması olub.

Məlumata görə, Aygün Lətif qızı Abbasova evində yemək yeyərkən qida borusunda yaranan tıxanma nəticəsində vəfat edib. Hadisənin baş verdiyi vaxt qadına lazımi müdaxiləni etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları baş vermiş ölüm faktı ilə bağlı araşdırmalarını davam etdirir.

Demokrat.az

NE
Nihadə Eyyubova