Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrə mükafata layiq görülüb
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, ötən il ərzində həyata keçirdiyi sosial və innovativ təşəbbüslər Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafata layiq görülüb.
Hər il keçirilən müsabiqə çərçivəsində bankların müxtəlif sahələrdə reallaşdırdığı təşəbbüslər müstəqil ekspertlər tərəfindən təhlil olunur və layihələrin innovativ yanaşması, cəmiyyət üçün faydası, davamlılığı və effektivliyi əsas qiymətləndirmə meyarları kimi çıxış edir.
Qeyd edək ki, Bank Respublika tərəfindən 2025-ci ildə həyata keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət
- Maliyyə savadlılığın təşviqi
- Təhsil sahəsinə dəstək
- KOB-lar üçün maliyyə əlçatanlığının genişləndirilməsi
- Beynəlxalq əməkdaşlığın inkişafı
Daha ətraflı məlumat üçün: www.bankrespublika.az Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn |Telegram Çağrı Mərkəzi: 144



