"Uzak Şehir" serialının pərəstişkarlarını gözlənilməz yeniliklər gözləyir. Albora ailəsinin barışmaz rəqibi Nadim Baybarsın oğlu Demir obrazı ilə yadda qalan Ferit Kaya layihəni tərk edir. Aktyorun gedişi hekayənin gedişatına ciddi təsir göstərəcək.
Ssenariyə görə Demirin gedişindən sonra boş qalan yeri yeni sima dolduracaq. Bu dəfə komandaya sadəcə başqa aktyor deyil, tamamilə fərqli bir obraz gətirilir. Ailəyə yaxın qohum kimi təqdim ediləcək bu sirli personajın gəlişi ilə serialda bütün tarazlıqlar pozulacaq.
Yeni qəhrəmanın hekayəyə daxil olması xüsusilə sevgi münasibətlərində gərginliyi artıracaq. İddialara görə bu obraz mövcud cütlüklərin həyatına fırtına kimi düşəcək və güc balansını kökündən dəyişəcək. Ssenari müəllifləri bu dəyişikliklə izləyicilər üçün maraqlı sürprizlər hazırlayır.

Jalə Demokrat.az


