Sosial media fenomeni Murat Övüç "xalqı kin və düşmənçiliyə təhrik etmə" ittihamı ilə 102 gün davam edən həbs həyatından sonra azadlığa çıxıb. Məhkəmənin qərarı iləsərbəst buraxılan fenomenin son görüntüsü hər kəsi təəccübləndirib.
Tekirdağdakı cəzaçəkmə müəssisəsindən çıxan Övüçün fiziki dəyişikliyi diqqətdən qaçmayıb. Cəmi üç ay ərzində saçları tamamilə ağaran fenomeni görənlər onu tanımaqda çətinlik çəkiblər. Azadlığa qovuşan kimi ailəsi ilə foto paylaşan fenomen övladlarına qovuşduğu üçün şükür etdiyini bildirib.
Xatırladaq ki, Murat Övüç hicab taxaraq çəkdiyi videonun yenidən gündəmə gəlməsi səbəbindən Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində saxlanılmışdı.




Aytən Demokrat.az


