Şou-biznes Özəl

"Eşref Rüya"nın aktyoru 31 yaşında öldü — FOTO

Eşref Rüyanın aktyoru 31 yaşında öldü — FOTO

"Eşref Rüya" serialının heyətində yer alan Ramazan Tetik 31 yaşında həyatını itirib. Aktyorun qəfil ölümü aort damarının yırtılması səbəbindən baş verib. Gənc sənətçinin vaxtsız vəfatı sənət dünyasını sarsıdıb.

Aktyorlar İttifaqı hadisə ilə bağlı başsağlığı mesajı yayaraq kədərini bölüşüb. Açıqlamada həmkarının gənc yaşda itirilməsinin böyük acı olduğu vurğulanıb və yaxınlarına səbir dilənilib. Ramazan Tetikin çalışdığı menecerlik şirkəti də sosial media hesabında kədərli xəbəri təsdiqləyib.

Sənətçi bu gün İstanbulda son mənzilə yola salınır. O, Kiçikçəkməcədəki Ulduz məscidində günorta namazından sonra qılınacaq cənazə namazı ilə Eski Çekmeköy qəbiristanlığında dəfn ediləcək.

Eşref Rüyanın aktyoru 31 yaşında öldü — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova