Maraqlı

Evinizdə bu əşyalar varsa, dərhal atın — Ailədə davaya səbəb olur

Evinizdə bu əşyalar varsa, dərhal atın — Ailədə davaya səbəb olur

Evinizdə səbəbsiz mübahisələr artıbsa və özünüzü enerjisiz hiss edirsinizsə, ətrafınızdakı əşyalara diqqət yetirməyin vaxtıdır. Qədim Şərq fəlsəfəsinə görə bəzi əşyalar mənfi enerji daşıyaraq ailə hüzuruna birbaşa təsir göstərir. Ekspertlər evdən təcili uzaqlaşdırılması vacib olan detalları açıqlayıblar.

Ailə daxili narahatlığın əsas səbəblərindən biri kimi çatlamış güzgülər və qırıq şüşələr göstərilir. Kiçik bir çat belə evdəki səmimiyyəti zədələyir və enerjinin parçalanmasına şərait yaradır. Divardan asılan ancaq işləməyən saatlar isə zamanın donması mənasına gəlir. Bu hal çox vaxt işlərin ləngiməsinə və maddi çətinliklərin yaranmasına zəmin hazırlayır.

Xatirə kimi saxlanılan qurumuş güllər və süni çiçəklər də təhlükə mənbəyi hesab olunur. Fen-şuy qaydalarına görə bu tip əşyalar ölü enerji yayır. Belə detallar evdəki sevgi mühitini qurudur və münasibətlərdə soyuqluq yaradır. Giriş qapısının ağzında nizamsız qalan köhnə ayaqqabılar isə uğurun evə daxil olmasına mane olan sədlərdən sayılır.

Evinizi lazımsız və qırıq əşyalardan təmizləmək təkcə nizam yaratmaq deyil, həm də psixoloji yenilənmə deməkdir. Aprel ayının başlanğıcında belə bir təmizlik işi aparmaq ailəyə sakitlik və yeni imkanlar gətirə bilər. Daxili hüzuru bərpa etmək üçün bu sadə addımları atmaq kifayətdir.(milli.az)

Demokrat.az

NE
Nihadə Eyyubova