Şou-biznes

Elnur ölümdən döndü

Elnur ölümdən döndü

Müğənni Elnur Məmmədov yeni klip çəkilişləri zamanı üzləşdiyi qorxulu anlar barədə ilk dəfə danışıb. "Afaqla 10lar" proqramına qonaq olan sənətçi çəkiliş meydançasında baş verən qəza nəticəsində ölümdən döndüyünü bildirib.

"Cıdır düzündə, Hacı Zeynalabdın Tağıyevin ev muzeyində oldum. Bir çox yeri gəzdik. Bu klip zamanı qəza yaşadım. Ən hündür və əhilləşdirilmiş atları seçdim.Atın belində idim, ayağımı da bərk sıxmışam ki, möhkəm oturum. Demək ki, özümü sığortalamamışdım. Mən atın belində olanda at qalx və belini vur yerə. Oruclu idim, hər evdən çıxanda anam Quran altından keçirir. Allahın möcüzəsi olur. Mən həmin möcüzəni yaşadım. Şükür ki, balalarımın yanındayam. Komaya girə, yer xəstəsi ola bilərdim. Elə ola bilərdi bu gün balalarımın yanında olmaya bilərdim.Atı heç sahibləri də saxlaya bilmədi. Orada olanlardan ağlayan, dəhşətə gələn kim.Şuşaya gedirik, qar dizdən. Dedim, bu klipdə ya öləcəm, ya klip mənsiz təqdim olunacaq. Amma nəticə gözəl oldu".(axsam.az)

Demokrat.az

NE
Nihadə Eyyubova