Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin İran və Venesueladakı fəaliyyətləri ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Onun fikrincə, Vaşinqtonun bu ölkələrdəki "rejim dəyişikliyi" planlarının arxasında siyasi maraqlardan daha çox, nəhəng neft və qaz ehtiyatları üzərində nəzarəti ələ keçirmək dayanır.
Demokrat.az bildirir ki,o, ABŞ və İsrailin İranın qonşuları ilə münasibətlərinin normallaşmasını istəmədiyini və bu gərginliyin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyini vurğulayıb.
2026-cı ildə başlayan hərbi əməliyyatlar artıq qlobal neft bazarına ciddi zərbə vurub. Hörmüz boğazının qapanması dünya neft tədarükünün təxminən 20 faizini iflic edib və tanker hərəkətini dayandırıb. Bu vəziyyət xammalın qiymətinin sürətlə artaraq 100 dolları keçməsinə, bəzi dövrlərdə isə 115 dollar səviyyəsinə yüksəlməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondu (IMF) münaqişənin uzanacağı təqdirdə qlobal inflyasiyanın artacağı və iqtisadi artımın ləngiyəcəyi barədə xəbərdarlıq edir.
Lavrovun sözlərinə görə ABŞ-nin sanksiya və hərbi müdaxilə cəhdləri qlobal neft bazarlarında mütləq hakimiyyət qurmaq strategiyasının bir hissəsidir. Hazırda Yaxın Şərqdə enerji infrastrukturunun hədəf alınması və tərəflərin qarşılıqlı raket zərbələri regionda sabitliyi tamamilə yox edib.
İslam Demokrat.az


