Hadisə

Məhkəmə binasında atışma — Ölən və xəsarət alan var

Məhkəmə binasında atışma — Ölən və xəsarət alan var

Rusiyada məhkəmə binasında atışma olub.

Demokrat.az xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuzneçkdə baş verib.

Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb.

O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib.

D
demokrat.az