Dünya Özəl

Müharibəni qızışdırdı, özü "Disney World"də əylənir — Qalmaqallı FOTO

Müharibəni qızışdırdı, özü Disney Worlddə əylənir — Qalmaqallı FOTO

ABŞ-da hökumət böhranının davam etdiyi və minlərlə federal işçinin maaş ala bilmədiyi vaxtda senator Lindsi Qrehamın "Disney World"də görüntülənməsi ölkədə rezonans doğurub. İranla müharibənin ən sərt tərəfdarlarından biri kimi tanınan respublikaçı senatorun əyləncə mərkəzindəki rahat görüntüləri narazılığa səbəb olub.

LindsiQreham uzun müddətdir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasını müdafiə edən və Vaşinqtonu daha sərt addımlar atmağa çağıran siyasətçilərdən biri hesab olunur. Lakin ölkə daxilində idarəetmə böhranı yaşandığı bir məqamda onun Orlandodakı "Chef Mickey’s" restoranında səhər yeməyi yeyərkən və ətrafdakılarla səmimi söhbət edərkən çəkilən fotoları sosial mediada "sensasiya" kimi qiymətləndirilib.

Müharibəni qızışdırdı, özü Disney Worlddə əylənir — Qalmaqallı FOTO

Senator tənqidlərə cavab olaraq bildirib ki, o, əvvəlcə Cənubi Floridada Trampın nümayəndəsi Stiv Vitkoff ilə Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşması mövzusunda rəsmi görüşdə iştirak edib.

Qrehamın sözlərinə görə, əyləncə mərkəzinə gəlişi sadəcə bu görüşdən sonra dostları ilə bir araya gəlmək məqsədi daşıyıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova