Siyasət Özəl

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-nin 50 ştatında 9 milyondan çox insanın qatıldığı "Krallara yox" (No Kings) aksiyaları ölkə gündəmini silkələyib. Prezident Donald Trampın siyasətinə, xüsusilə də İranla bağlı hərbi gərginliyə etiraz edən kütlələr 3 min 100-dən çox nöqtədə meydanlara axışıb. Bu, ötən il başlayan etiraz dalğasının sayca üçüncüsü və ən böyüyüdür.

Aksiyaların əsas mərkəzi bu il Minnesota ştatı olub. St. Paul şəhərində keçirilən mitinqdə Brüs Sprinqstin və Ceyn Fonda kimi məşhur simalar, həmçinin Konqres üzvü İlhan Ömər iştirak edib. Nyu-Yorkda minlərlə etirazçı "İranda müharibəni dayandırın" və "Tramp getməlidir" şüarları ilə Tayms meydanına doğru yürüş edib. Vaşinqtonda isə nümayişçilər Memorial körpüsündən abidəyə qədər addımlayaraq hökumətin fevralın 28-dən bəri davam edən hərbi addımlarını pisləyiblər.

Ağ Ev bu genişmiqyaslı aksiyalara sərt reaksiya verib. Sözçü Abigeil Cekson bəyan edib ki, bu etirazlar real xalq dəstəyindən məhrumdur və sadəcə "solçu maliyyə şəbəkələrinin məhsuludur". Rəsmi Vaşinqton nümayişçiləri Tramp əleyhinə "psixoloji terapiya seansları" keçirməkdə ittiham edib.

Qeyd edək ki, "Krallara yox" hərəkatı ilk dəfə 2025-ci ilin iyununda, Trampın 79-cu ad günündə başlamışdı. Təşkilatçılar iyun ayında 5 milyon, oktyabrda isə 7 milyon insanın küçələrə çıxdığını bildirmişdilər. Builki aksiyalar isə həm iştirakçı sayı, həm də coğrafi baxımdan rekord həddə çatıb.

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

ABŞ-də 9 milyon insan Trampa qarşı çıxdı — FOTOLAR

İslam Demokrat.az

NE
Nihadə Eyyubova