Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval vəfat edib.
Məlumata görə, ölkəyə çətin və gərgin dönəmdə rəhbərlik etmiş keçmiş dövlət başçısı 84 yaşında dünyasını dəyişib. Onun paytaxt Əlcəzairdə yerləşən hərbi hospitalda vəfat etdiyi bildirilir.
Əl-Yəmin Zərval 1994-cü ildə hakimiyyətə gələrək 1999-cu ilə qədər prezident postunu tutub. Onun rəhbərliyi dövrü ölkədə vətəndaş qarşıdurmasının ən kəskin mərhələlərindən birinə təsadüf edirdi. Zərval həmin illərdə siyasi sabitliyin bərpası və dövlət institutlarının qorunması istiqamətində addımlar atan əsas fiqurlardan sayılırdı.
İsmayıl Demokrat.az


