Dünya

Mirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"

Mirzoyan: Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır

"Ermənistan və Azərbaycan arasında mövcud sülh gərgin regional şəraitdə qalaraq öz həyat qabiliyyətini artıq sübut edib".

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxış edərkən bildirib.

"Sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycanla uzunmüddətli sülhün qorunmasına töhfə verəcək qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır.

Demokrat.az

NE
Nihadə Eyyubova