Bəzən həftələrlə davam edən və keçmək bilməyən öskürəyə adi soyuqdəymə kimi baxıb evdə müxtəlif üsullarla can qurtarmağa çalışırıq. Lakin həkimlər xəbərdarlıq edir ki, bu cür yanaşma xəstəliyi sağaltmaq əvəzinə, prosesi daha da ağırlaşdıra bilər. Otolarinqoloq Vladimir Zaysev bildirir ki, uzanan öskürək və burun axıntısı əslində infeksiyanın daha dərinə işlədiyinin göstəricisidir.
Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə müalicə olunmayan virus infeksiyası burun boşluğundan haymor boşluqlarına keçir və orada iltihablı maye yaranır. Həmin maye boğazın arxa divarı ilə aşağı süzülərək öskürək mərkəzini daim qıcıqlandırır. Nəticədə insan həm nəfəs almaqda çətinlik çəkir, həm də bitmək bilməyən öskürəkdən əziyyət çəkir.
Xalq təbabətinə güvənib vaxt itirmək isə xəstəliyin kəskin mərhələdən xroniki formaya keçməsinə yol açır. Zaysev qeyd edir ki, boğazı isti mayelərlə qarqara etmək və ya ev şəraitində tətbiq edilən digər metodlar dərindəki iltihabı aradan qaldırmır:
"Effektiv nəticə üçün burun boşluqlarının və boğazın peşəkar şəkildə yuyulması, iltihab əleyhinə xüsusi prosedurların aparılması vacibdir. Müasir tibbi yanaşma olmadan bu problemi tamamilə kökündən həll etmək mümkün deyil".
İsmayıl Demokrat.az


