Dünya

Laricaninin yerini onlar satıbmış: Heç kimin ağlına belə gəlməzdi...

Laricaninin yerini onlar satıbmış: Heç kimin ağlına belə gəlməzdi...

İsrailrəsmiləri İranın nüfuzlu siyasi fiqurlarından biri olanƏli Laricaninin öldürülməsi ilə bağlı yeni detallar açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədəİsrailrəsmiləri “İsrael Live” portalına məlumat verib. Onların sözlərinə görə, əməliyyatın uğurla həyata keçirilməsi son 24 saat ərzində Tehranda yaşayan sakinlərdən əldə edilən dəyərli kəşfiyyat məlumatları sayəsində mümkün olub.

Bildirilir ki, toplanan məlumatlar hədəfin yerinin dəqiqləşdirilməsində mühüm rol oynayıb.

İsrailtərəfi iddia edir ki, Laricani son günlər davranışları ilə diqqət çəkib. O, tez-tez ictimaiyyət qarşısında çıxış edib, o cümlədənQüds Günütədbirlərində iştirak edib, yerli və beynəlxalq mediaya müsahibələr verib.

Rəsmilərin sözlərinə görə, bu aktivlik onun yerinin müəyyən edilməsini asanlaşdırıb və nəticədə əməliyyatın icrasına şərait yaradıb.

Açıqlamada həmçinin qeyd olunur ki,İsrailkəşfiyyat orqanları Tehrandan daxil olan məlumat axını davam edir. XüsusiləSEPAHvəBəsicqüvvələrinin nəzarət məntəqələrinin yerləşdiyi ərazilərlə bağlı dəqiq informasiyaların əldə edildiyi vurğulanır./Globalinfo.az

Demokrat.az

NE
Nihadə Eyyubova