Şou-biznes

Sinif yoldaşı açıqladı: Rüfət Nasosnu “Milyonların şousu”nda 8 min manatı belə qazanıbmış — FOTO

Sinif yoldaşı açıqladı: Rüfət Nasosnu “Milyonların şousu”nda 8 min manatı belə qazanıbmış — FOTO

Meyxanaçı Rüfət Nasosnunun (Rüfət Kərimov) “Milyonların şousu” proqramında göstərdiyi performans hər kəsi təəccübləndirib. Onuntarixbilikləri və bir çox sahələrdən məlumatlı olması izləyicilərdə maraq doğurub. Yarışmanı8 min manatqazanaraq tərk edən meyxanaçının bilikləri digər həmkarlarına nümunə göstərilib.

Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan əməkdarjurnalist, Rüfət Nasosnunun sinif yoldaşıFadil Paşayevbir sıra məsələlərə aydınlıq gətirib.

O, Rüfət Nasosnunun hələ kiçik yaşlarından savadlı olduğunu bildirib:

“Biz Rüfətlə indiki Zeynalabdin Tağıyev qəsəbəsində 19 nömrəli məktəbdə 9 il bir sinifdə oxumuşuq, uşaqlığımız birlikdə keçib, dərslərə bir yerdə hazırlaşmışıq, yaxın dost olmuşuq. 9-cu sinifdə mən Sumqayıta köçdüm. Rüfət məktəbimizin ən yaxşı oxuyan şagirdi idi. Məsələn, biz birlikdə dərslərə hazırlaşırdıq, mən özümü hər zaman qabiliyyətlişagirdhesab edirdim, amma Rüfət istedadlı idi. Təsəvvür edin, dərsi mən 1-2, bəzən 3 saata hazırladığım halda, Rüfət 10 dəqiqəyə hazırlaşırdı. Rüfət alman dilini gözəl bilirdi. İndi uzun müddət istifadə etmədiyi üçün danışmır. Elə bir fənn yox idi ki, Rüfət biliyi ilə fərqlənməsin. Bizim bir yerdə komandamız var idi – Samir Ağabalayev, Rəşad Mütəllibov, mən və Rüfət. O qədər güclü oxuyurduq ki, artıqməktəbsəviyyəsindən çıxmışdıq. Komandamızın rəhbəri Rüfət idi”.

Sinif yoldaşı açıqladı: Rüfət Nasosnu “Milyonların şousu”nda 8 min manatı belə qazanıbmış — FOTO

Fadil Paşayev

F.Paşayev bildirib ki, Rüfət Nasosnu çox savadlı və istedadlıdır:

“RüfətLənkəranDövlətUniversitetininTarixfakültəsinəqəbulolanda dedik ki, bu axıBakıDövlətUniversitetinin Hüquq fakültəsinə daxil olmalı idi. RüfətAzərbaycan,Dünyavə Orta Əsrlər tarixini ən yüksək səviyyədə bilirdi. Bizimtarixmüəllimlərimiz var idi – Ramizmüəllimvə Ənvərmüəllim. O zamantarixdərslərində sinif daxilində keçirilən müsabiqələrin suallarını bəzən Rüfət tərtib edirdi”.

F.Paşayev deyib ki, Rüfətuşaqvaxtı da meyxana deyirdi:

“Amma heç vaxt ağlına gəlməzdi ki, bu sənətin arxasınca gedər. Yaxşı şeirlər, qəzəllər yazırdı. Lakin yenə də elə bilirdik ki, elmə doğru istiqamət alacaq. Sadəcə həyat elə gətirdi ki, Rüfət gənclik illərində yanlış addım atdı. O,LənkəranDövlətUniversitetində oxuduğu zaman – evdən, ailədən uzaq düşdüyü illərdə müəyyən adamlara qoşuldu, pis vərdişləri oldu. Buna görə də Rüfət uzun illər geri düşdü. Amma böyük iradəsi var idi deyə, sağlam yola qayıda bildi.

Meyxana vaxtilə Rüfətin arzulamadığı sahə idi, amma bacardığı iş olduğu üçün məşhurlaşdı. “Milyonların şousu” yarışında göstərdi ki, əslində, sənət adamları, meyxanaçılar, müğənnilər ən azı ortaməktəbsəviyyəsində savadlı olmalıdırlar”.

Sinif yoldaşı açıqladı: Rüfət Nasosnu “Milyonların şousu”nda 8 min manatı belə qazanıbmış — FOTO

Fadil Paşayev Rüfət Nasosnunun məktəblər arasında keçirilən yarışlarda çempion olduğunu vurğulayıb:

“1980-ci illərdəAzərbaycanteleviziyası ölkədə yeganə telekanal idi. O dövrdəAZTV-də “Tap Tapmaca” yarışı var idi və orta məktəblər arasında keçirilirdi. Biz orta məktəbdən komanda şəklində ora getmişdik. Bizim komandamız üçqat çempion oldu, Rüfət sonra yenə qatıldı deyə, o, həmin yarışda dördqat çempion oldu. Bunun özü belə Rüfətin necə dərs oxuduğunun göstəricisidir. Komandanın da kapitanı Rüfət Kərimov idi”.

NE
Nihadə Eyyubova