ABŞ-ın "Meta" şirkəti (Facebook, Instagram, Messenger, WhatsApp, Oculus VR, Threads) yeni "Adversarial Threat" (Bədniyyətli Təhdidlər) hesabatını yayımlayıb.
Demokrat.az xəbər verir ki, 2026-cı ilin ilk rübü üzrə yayımlanan hesabatda sosial media platformalarında Azərbaycana qarşı yönəlmiş genişmiqyaslı fəaliyyətin qarşısının alındığı açıqlanıb.
Şirkətin açıqlamasına görə, "Koordinasiyalı Qeyri-Autentik Davranış" (CIB) siyasətini pozan bu şəbəkəyə qarşı geniş təmizləmə əməliyyatı həyata keçirilib. Nəticədə 367 “Facebook” hesabı, 3 səhifə və 360 “Instagram” hesabı silinib.
Məlumata əsasən, sözügedən şəbəkənin “Facebook” səhifələrini təxminən 4 min, “Instagram” hesablarını isə 34 minə yaxın istifadəçi izləyirdi. Həmçinin bu fəaliyyətlərin təşviqi üçün təxminən 400 dollar məbləğində reklam xərci çəkildiyi qeyd olunur.
Hesabatda vurğulanır ki, şəbəkənin əsas məqsədi Azərbaycanda siyasi sabitliyi pozmaq, İranın regional maraqlarını təşviq etmək və Qərbin bölgədəki təsirini zəiflətmək olub.
Jalə Demokrat.az


