Dünya

BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir

BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir

Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir.

Bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Sözçü qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir.

O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir. Qara dəniz taxıl təşəbbüsü hazırlanarkən də səssizlik ən doğru yanaşma olub. Sözçünün sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksək səviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.

S. Dujarrik vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.(Report)

Demokrat.az

NE
Nihadə Eyyubova