Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır.
Demokrat.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində bildirib.
O deyib ki, Qətər, Səudiyyə Ərəbistanı, Oman və digər qonşu ölkələrlə diplomatik əlaqələr davam edir.


