Hərbi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində "Komanda-Qərargah" təlimi keçirildi — FOTOLAR

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR

2026-cı il 11 mart tarixində Qaradağ Regional İdarəsində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin cari il üzrə Tədbirlər Planına uyğun olaraq “Komanda-Qərargah” təlimi keçirilib.

Demokrat.az xəbər verir ki, təlimdə Müdafiə, Daxili İşlər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də “BP Caspian Sea Exploration Ltd” şirkətinin nümayəndələri iştirak ediblər. Təlim “Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması” məsələlərinə həsr olunub.

Təlimin əsas məqsədi mümkün riskləri vaxtında müəyyən etmək və qarşısını almaq, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.

Demokrat.az

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Komanda-Qərargah təlimi keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova