Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib.
Demokrat.azxəbər verir ki, 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün müəyyən olunmuş marşrut üzrə daşınması tranzit qaydalarına uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumilikdə 22 min tondan çox taxıl göndərilib ki, bu da 320 vaqona bərabərdir. Bununla yanaşı, eyni marşrut üzrə 610 ton həcmində gübrə (9 vaqon) daşınması da həyata keçirilib.
*** 09:16
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.
Demokrat.az xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb. (Report)


