Sosial

Hasil Abbasov ona yüksək vəzifə verdi — FOTO

Hasil Abbasov ona yüksək vəzifə verdi — FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən,ElnurQasımovAgentliyin Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsindən azad olunub.

Digər bir əmrlə o, Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin edilib.

H.Abbasovun daha bir əmri iləNailəDövlətovaDMA-nın Maliyyə Departamentinin Maliyyə şöbəsinə müdir təyinatı alıb.

Qeyd edək ki, E.QasımovDaxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsinəbu ilin yanvarında təyin olunmuşdu.Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əvvəlki müdiri isəElnur Əliyev olub. O, ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib. (İqtisadiyyat.az)

Demokrat.az

NE
Nihadə Eyyubova