İranın xarici işlər naziri Abbas Ərəqçi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial mediadakı paylaşımına kəskin və ironik cavab verib. Nazir ABŞ-nin İranın şirinləşdirici su qurğusunu hədəf almasını etiraf etməsinə diqqət çəkərək Vaşinqtonu regiondakı hərbi fəaliyyətinə görə tənqid edib.
Demokrat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərəqçi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial mediadakı paylaşımına kəskin və ironik cavab verib. Nazir ABŞ-nin İranın şirinləşdirici su qurğusunu hədəf almasını etiraf etməsinə diqqət çəkərək Vaşinqtonu regiondakı hərbi fəaliyyətinə görə tənqid edib. Araqçı bildirib ki, ABŞ-nin qonşu ölkələrin ərazisindən İrana qarşı HIMARS sistemlərini yerləşdirməsini etiraf etməsi mühüm faktdır. O, həmin sistemlərin mülki obyekti vurduğunu vurğulayaraq qeyd edib ki, əgər İranın güclü raketləri bu qurğuları yerləşdiyi hər yerdə məhv etsə, heç kim şikayət etməməlidir. Nazir bu açıqlaması ilə ABŞ-nin regiondakı hərbi bazalarına qarşı birbaşa zərbə ehtimalını gündəmə gətirib.

ABŞ mətbuatına müsahibə verən Abbas Ərəqçi Vaşinqtonla diplomatik təmasların artıq mümkün olmadığını deyib. O, fevral ayında aparılan müzakirələr zamanı amerikalıların hücum niyyətlərinin olmadığını bildirmələrinə baxmayaraq, sonradan İrana zərbələr endirildiyini xatırladıb. Bu səbəbdən də İran tərəfi ABŞ ilə yenidən masa arxasına oturmağı planlaşdırmır. Ölkədəki son siyasi dəyişikliklərə toxunan Araqçı Müctəba Xameneyinin rəhbərliyə gəlməsinin davamlılıq və sabitlik mesajı verdiyini vurğulayıb. O, bütün ölkənin yeni rəhbərin gələcək çıxışlarını və verəcəyi şərhləri gözlədiyini bildirib.

Xarici işlər naziri həmçinin Hörmüz boğazı ilə bağlı narahatlıqlara da toxunub. O qeyd edib ki, boğaz rəsmən bağlanmayıb və gəmilərin keçidinə maneə yaradılmır, lakin ABŞ və İsrailin qeyri-qanuni hücumları regionda ümumi qorxu mühiti yaradıb. Ərəqçi xəbərdarlıq edib ki, əgər ABŞ İrana hücum etməyə davam edərsə, müharibə bütün regiona yayılacaq və İran ABŞ-nin bölgədəki bütün obyektlərini hədəf alacaq.
İslam Demokrat.az


