Hadisə

Göygöldə yol qəzası baş verdi — xəsarət alan var

Göygöldə yol qəzası baş verdi — xəsarət alan var

Göygöl rayonunda "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı iri daşa çırpılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Yeni Zod ərazisində baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü İbrahim Tağıyev xəsarət alıb. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan digər şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az