Siyasət

Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını dedi

Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını dedi

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Demokrat.azbildirir ki, Naxçıvanın havadan atəşə tutulması ilə bağlı məsələyə də telefon danışığında toxunulub. İran Prezidenti Məsud Pezeşkian baş verən insidentin İranla əlaqəsinin olmadığını bildirib. O, hadisənin bütün detalları ilə araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev isə Naxçıvanda baş vermiş hadisənin ciddi şəkildə araşdırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı insidentin səbəblərinin aydınlaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Demokrat.az

NE
Nihadə Eyyubova