Xarici siyasət

İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir

İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir

İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

Demokrat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Demokrat.az

NE
Nihadə Eyyubova