Sosial

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

Bu barədə Demokrat.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

"Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.

Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova