İqtisadiyyat Özəl

Dubayda gecəsi 800 manat olan hotellərin qiyməti görün neçəyə düşdü

Dubayda gecəsi 800 manat olan hotellərin qiyməti görün neçəyə düşdü

Yaxın Şərqdə artan gərginlik Dubayın turizm sektoruna ciddi təsir göstərib. Regionda ABŞ, İsrail və İran arasında qarşıdurmanın güclənməsi fonunda turist axını kəskin azalıb və nəticədə şəhərdə lüks otellərin qiymətləri rekord səviyyədə ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Dubayda normalda gecəlik təxminən 400 avro (təxminən 788 manat) olan bəzi beşulduzlu otellərin otaqları indi 68 avroya (təxminən 134 manat) qədər enib.

Buna səbəb bölgədə təhlükəsizlik narahatlıqlarının artmasıdır. ABŞ, İsrail və İran arasında davam edən gərginlik, qarşılıqlı raket zərbələri və mümkün hərbi eskalasiya ehtimalı bir çox turistin səyahət planlarını ləğv etməsinə gətirib çıxarıb. Bununla yanaşı, bəzi ölkələrin aviaşirkətləri uçuşları dayandırıb və ya marşrutları dəyişdirib ki, bu da Dubaya turist axınının azalmasına səbəb olub.

Turizm sektorunda yaranan bu vəziyyət otellərə də ciddi təsir göstərib. Məlumata görə, bəzi hotellərdə rezervasiyaların 80 faizə qədərinin ləğv edildiyi bildirilir. Doluluq səviyyəsini qorumaq üçün otellər qiymətləri kəskin şəkildə endirməyə məcbur qalıb.

Belə ki, adətən gecəlik 400–800 dollar arasında dəyişən bəzi lüks otellərin otaqları hazırda 126 dollara, bəzi hallarda isə 76 dollara qədər təklif olunur. Bu endirimlər xüsusilə beşulduzlu kurort otellərində daha çox müşahidə edilir.

Turizm bazarında yaranan bu vəziyyətin müvəqqəti olduğu qeyd edilir. Regionda siyasi və hərbi gərginlik azalarsa, Dubayda hotel qiymətlərinin yenidən əvvəlki səviyyələrə qayıda biləcəyi bildirilir.

Qeyd edək ki, Dubay azərbaycanlı turistlərin də ən çox üz tutduğu istiqamətlərdən biridir. Turizm şirkətlərinin məlumatına görə, qiymətlərin ucuzlaşması bəzi səyahət həvəskarları üçün sərfəli imkan yaratsa da, bir çox insan hazırda bölgədəki təhlükəsizlik vəziyyətinə görə səfər planlarını təxirə salmağa üstünlük verir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova