“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, "Telegram"ın qurucusu Pavel Durovun sərvəti 2026-cı ilin fevral ayında 2,24 milyard dollar azalaraq 12,1 milyard dollara düşüb.
Demokrat.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti artıb - ümumilikdə 10,6135 milyard dollar.
Vahid Ələkbərovun sərvəti 25 milyard dollara çatıb. Bundan başqa, “EuroChem” və SUEK şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti də artaraq 21,1 milyard dollar təşkil edib.
Demokrat.az


