İsrail Müdafiə Qüvvələrinin “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələri nəticəsində hərəkatın parlament blokunun lideri Məhəmməd Raad ölüb.
Bu barədə "Al Arabia" mənbələrinə istinadən məlumat yayıb. (Apa)
*** 05:58
İsrail Müdafiə Qüvvələri Livan ərazisində “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələrə başladığını bəyan edib.
Bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.
Zərbələr “Hizbullah” tərəfindən İsrail ərazisinə atəş açılmasına cavab olaraq həyata keçirilir.
İsrail Baş Qərargah rəisi Eyal Zamir növbəti əməliyyat planlarını təsdiqləyib və fasiləsiz hücum və müdafiə tədbirlərinə hazırlıq görülməsi barədə göstəriş verib. (Apa)
Demokrat.az


