İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.
Demokrat.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 85-ə, yaralıların sayi isə 92-ə çatıb.
*** 18:43
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.
Demokrat.az"Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 70-ə çatıb, 90 yaralı var.
*** 17:19
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Demokrat.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
*** 16:14
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Demokrat.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
*** 15:45
İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.
Demokrat.az-ın məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.
Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.
*** 15:36
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.


