Dünya

"Farsların, azərbaycanlıların, bəlucların zülmdən xilas olub..."

Farsların, azərbaycanlıların, bəlucların zülmdən xilas olub...

İsrailin baş naziri Benyamin Netanyahu videomüraciət yayaraq, srail və ABŞ-ın İrana qarşı hərbi əməliyyat başlatdığını bildirib.

O çıxşında bunları deyib:

"Ayətullah rejimi, "İsrailə ölüm", "Amerikaya ölüm" qışqırdı və öz xalqını qətlə yetirdi — buna görə də əməllərinin bədəlini ödəməlidir.

Ayətullahın terrorçu rejiminə nüvə silahı ilə silahlanmağa icazə verilməməlidir.

İsrail-Amerika hərbi əməliyyatı cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq.

İran xalqının bütün təbəqələrinin — farsların, kürdlərin, azərbaycanlıların, bəlucların və əhvazilərin — zülmdən xilas olub İrana azadlıq və sülh arzusu gətirməsinin vaxtı çatıb".

D
demokrat.az