Gündəm

Horadiz əməliyyatının komandiri deputatlığa namizəd oldu

Horadiz əməliyyatının komandiri deputatlığa namizəd oldu

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə Azvision.az -a tanınmış ekspert özü məlumat verib.

Onun namizədliyi 56 saylı Xaçmaz kənd seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, Ş.Ramaldanov Uğurlu Horadiz əməliyyatının komandiri olub. Horadiz əməliyyatı 1994-cü ilin yanvarın 5-də başlayıb. Azərbaycan Milli Ordusu əməliyyat zamanı Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edib.

21 min hektar ərazi düşmən tapdağından azad edilib. Bu döyüşlərdə düşmənin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır.

Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

D
demokrat.az