Şou-biznes

“Bu siyahıda yaddan çıxan müğənnilər var”

“Bu siyahıda yaddan çıxan müğənnilər var”

“Bir neçə saat bundan əvvəl gözəl xəbərlər yayıldı, qadağada olan insanların siyahısı açıqlandı. Bu siyahını tərtib edən insanlara təşəkkürümü bildirirəm”.

Demokrat.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşıb.Obildirib ki, siyahıya əlavə olunmalı daha bir neçə müğənni var:

“Amma nəzərinizə çatdırım ki, yaddan çıxan müğənnilər var. Çox xahiş edirəm ki, daha diqqətlə nəzər salasınız. Siyahıya daxil edilməyən bayağı, Azərbaycan televiziyasını və zövqləri korlayan, danışığını bilməyəmüğənnilər var. Bir Azərbaycan vətəndaşı və musiqiçi kimi onlarıda bu siyahıya əlavə etməyinizi xahiş edirəm. Ümidvaram ki, səsimizi eşidəcəksiniz və onları da siyahıya daxil edəcəksiniz. Öncədən dərin təşəkkürümü bildirirəm, minnətdaram”.

Qeyd edək ki, yerlikanallarında yayımlanan verilişlər mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonrabir sıra bayağı müğənnilərin efirə çıxışına qadağaqoyulub.

NE
Nihadə Eyyubova