Maliyyə

“Qala Sığorta” avtomobil sahibləri üçün yeni kampaniyaya start verdi

“Qala Sığorta” avtomobil sahibləri üçün yeni kampaniyaya start verdi

“Qala Sığorta” ASC avtomobil sahibləri üçün daha sərfəli sığorta imkanını təqdim edir.

Demokrat.az xəbər verir ki, şirkətin yeni təklifinə əsasən, vətəndaşlar sığorta haqqının cəmi 50 faizini ödəməklə avtomobillərini sığorta təminatı altına ala bilərlər.

Təklifin şərtlərinə görə, qalan 50 faiz məbləğ hadisə baş vermədiyi təqdirdə tələb olunmur. Bu isə sürücülər üçün həm maliyyə yükünün azalması, həm də rahatlıq baxımından əlverişli seçim hesab olunur.

Kampaniyanın məqsədi avtomobil sahiblərinə daha əlçatan və çevik sığorta həlli təqdim etmək, eyni zamanda risklərə qarşı etibarlı müdafiəni təmin etməkdir.

Daha ətraflı məlumat üçün:

Qaynar xətt: *4000

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221.

Demokrat.az

NE
Nihadə Eyyubova