"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.
Demokrat.az xəbər verir ki, 1950-ci illərdə istismara verilmiş bu xətt tarixində ilk dəfə kompleks şəkildə yenilənir. Ümumi uzunluğu 20 kilometr olan sahədə aparılan modernləşdirmə işləri dəmir yolu infrastrukturunun etibarlılığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.
Yenilənmiş xətt vasitəsilə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl, qırmadaş və digər tikinti materiallarının daşınması daha təhlükəsiz və səmərəli şəkildə həyata keçiriləcək. Bu isə həm yükdaşıma imkanlarının genişlənməsinə, həm də infrastruktur layihələrinin daha stabil logistika ilə təmin olunmasına şərait yaradacaq.










