Şou-biznes

Zaurun verilişinin yayımı dayandırıldı, Tolikin yerinə isə...

Zaurun verilişinin yayımı dayandırıldı, Tolikin yerinə isə...

Televiziya məkanında kadr və proqram dəyişiklikləri davam edir. Aparıcı və prodüser Tarix Əliyevin Space TV ilə yollarını ayırmasından sonra daha bir tanınmış simanın layihəsi gündəmə gəlib.

ATV telekanalında Zaur Nəbioğlunun təqdimatında yayımlanan Rəngarəng verilişinin efir taleyi sual altındadır. Hazırda kanalın efirində proqramın yeni sayı əvəzinə təkrar buraxılışlardan biri nümayiş olunur. Bu vəziyyət verilişin yayımının dayandırılması barədə ehtimalları gücləndirib.

Digər tərəfdən Space TV-də də vəziyyət fərqlidir. Tolikin bu gün tamaşaçılarla vida buraxılışı vasitəsilə sağollaşacağı gözlənilsə də, ekranlara Tarixin bir günü əvəzinə bədii film verilib. Sözügedən layihənin yaxın vaxtlarda yeni formatda və fərqli adla təqdim ediləcəyi bildirilir. Verilişin yeni aparıcısının isə Könül Muxtarova olacağı barədə məlumatlar yayılıb.

Həmçinin oxu: 26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO) Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir Qiyabi təhsil alan oğlanlara şad xəbər

Qeyd edək ki, bir müddət əvvəl Tarix Əliyevin Tarixin bu günü və Elgiz Əkbərin təqdim etdiyi Elgizlə izlə proqramlarının fəaliyyətinə xitam verilib. Bu dəyişikliklərin kanalların daxili siyasəti ilə bağlı olduğu ehtimal edilir. (milli.az)

Demokrat.az

NE
Nihadə Eyyubova