Qiyabi formada təhsil alanlara hərbi çağırışdan möhlət verilməsi təklif olunub.
Demokrat.az-ın məlumatına görə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, təhsil hüququnun ayrı-seçkilik olmadan və vaxtında təmin edilməsi, eləcə də bərabərlik prinsipinin qorunması məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən, qiyabi təhsil formasında oxuyan şəxslərə də hərbi xidmətə çağırışla bağlı möhlət hüququnun şamil olunması nəzərdə tutulur.
Demokrat.az

