Maraqlı

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

Çində fəaliyyət göstərən Henan Kuangshan Crane şirkətinin sahibi Cui Peijun işçilərinə etdiyi qeyri-adi jestlə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, fevralın 13-də keçirilən ilin sonu tədbirində şirkət rəhbəri tədbir məkanının mərkəzinə ümumilikdə 26 milyon dollar nağd pul səpib və əməkdaşlara “daşıya bildiyiniz qədərini götürün” deyib. Tədbirdə təxminən 7 min əməkdaş iştirak edib. Məlumata görə, bəzi işçilər minlərlə dollarla zaldan ayrılıb, onlardan biri isə təxminən 13 min dollar daşıya bilib.

Vinç istehsalı və logistika sahəsi üzrə şirkətin rəhbəri bildirib ki, əvvəlki illərdə kollektivə məişət texnikası və müxtəlif hədiyyələr təqdim ediblər. Bu dəfə isə birbaşa nağd ödənişə üstünlük verilib. Vəsaitin bank hesablarına köçürülməməsi ilə bağlı suallara cavab verən iş adamı qeyd edib ki, həmin halda məbləğ sadəcə rəqəm olaraq qalır və bu format tədbirin təsirini azaltmış olur.

Qeyd edək ki, Peijunun ilk addımı deyil. Şirkət ötən ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə 2 minə yaxın qadın əməkdaşa ümumilikdə 230 min dollara yaxın mükafat paylamışdı. Sahibkar belə təşəbbüsləri işçilərin sosial yükünü azaltmaq istəyi ilə əsaslandırır, xüsusilə gənclərin avtomobil və mənzil kreditləri qarşısında çətinlik çəkdiyini vurğulayır.

Həmçinin oxu: Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır

İsmayıl Demokrat.az

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

NE
Nihadə Eyyubova